İranda yanğın baş verib, ölən və yaralananlar var

İranda yanğın baş verib, ölən və yaralananlar var

Müctəba Xalidi bildirib ki, Buşehr əyalətinin Dir şəhərində Kaveh Metanol Şirkətinin limanında metanol daşıyan gəmidə yanğın baş verib.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının cənub sahillərində yerləşən Bəndər-Deyər şəhərində ciddi sənaye qəzası baş verib.

Yerli vaxtla günortadan az sonra "Kaveh Petrochemical Company" adlı neft-kimya müəssisəsində güclü yanğın çıxıb. Alov metanol saxlanılan böyük rezervuarda başlayıb.

Fəlakətin nəticəsində üç işçi həyatını itirib, on nəfər isə müxtəlif dərəcədə yaralanıb.

Qəza günün ortalarında - saat 11:30 radələrində baş verib. Hadisə yerində xilasetmə əməliyyatları davam edir.

Rəsmi mənbələr qeyd edir ki, yanğının miqyasını və şiddətini nəzərə alaraq, qurbanların sayında artım ola bilər. Hazırda yaralıların vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Bəndər-Deyər İranın ən böyük sənaye mərkəzlərindən biri hesab olunur və burada çoxlu neft-kimya müəssisələri fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR