İranın Sistan-Bəlucistan əyalətində keçirilən antiterror əməliyyatı çərçivəsində 50-dən çox terrorçu və Mossad agenti həbs edilib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilab Keşikçiləri Ordusu Quru Qoşunlarının Qüds Baş Qərargahı Sistan-Bəlucistan əyalətində keçirilən təlimlər çərçivəsində keçirilən antiterror əməliyyatı ilə bağlı açıqlama verib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda terrorçu dəstələrə böyük zərbə endirilib və “Bu vilayətin cənubunda həyata keçirilən uğurlu əməliyyat nəticəsində 50-dən çox terrorçu və Mossad agenti həbs edilib” ifadəsi də yer alıb.
Açıqlamada bu əməliyyat zamanı 2 terrorçunun zərərsizləşdirildiyi bildirilib.