İran Xarici İşlər Nazirliyinin sözçüsü X sosial media hesabında sionist rejimin Tehranın Qüds meydanında mülki iranlılara hücumu anlarını əks etdirən video yerləşdirərək hücuma reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqai bu gün X hesabında hücum anlarının videosunu paylaşaraq bildirib:
"Bu, təcavüzkar İsrail rejiminin Tehran küçələrində #Almaniya kansleri üçün '#çirkli_işlərini' həyata keçirtdiyi, küçəyə raketlər atdığı, partlayışın gücü ilə maşınları və insanları havaya atdığı andır!"
İRNA-nın məlumatına görə, Bəqai sözlərini davam etdirərək deyib: “Bu, İsrail rejiminin işğal olunmuş #Fələstində və bölgəmizin digər bölgələrində on illərdir gördüyü eyni çirkin işdir və Qərb də buna təşviq etməkdə davam edir”.
Bəqai sözlərini "Bu müharibəsevər rejimi dəstəkləyən və haqq qazandıranlar bilərəkdən tarixin yanlış tərəfindədirlər və əbədi rüsvayçılıqla damğalanırlar!", - deyə qeyd edərək yekunlaşdırıb.