Prezident ABŞ-la dolayı danışıqlara toxunaraq deyib: “ABŞ ilə razılaşma əldə etmək mümkündür, lakin onun reallaşması fundamental şərt tələb edir, bu da Amerika tərəfinin təzyiq və zorakılıq yanaşmasından çəkinməsidir. Çünki biz heç bir halda zorakılığa boyun əyməyəcəyik".
Az.rasthaber.com xəbər verir ki, "Tehran Dialoq Forumu 2025" çərçivəsində və Qətərin Baş naziri və Xarici İşlər Naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdə Məsud Pezeşkiyan iki ölkə arasındakı qardaşlıq və səmimi münasibətləri vurğuladı və ümidvar olduğunu bildirdi ki, qarşılıqlı fəaliyyət və əldə olunmuş razılaşmalar ən qısa müddətdə həyata keçiriləcək və iki ölkənin xalqlarının ümumi maraqları öz əksini tapacaqdır.
Pezeşkiyan əlavə etdi: “Şübhəsiz ki, birgə layihələr reallaşarsa, ikitərəfli əməkdaşlıq güclənərsə, regionun siması da müsbət dəyişikliklərə məruz qalacaqdır”.