İngiltərənin “The Independent” qəzeti sionist rejim həbsxanalarında istifadə edilən işgəncə növlərini, o cümlədən zorakı zorlama, yuxusuzluq və tibbi xidmətə çıxışın olmaması barədə məlumat yayıb.
Az.rasthaber.com xəbər verir ki, “Beş ehtiyatda olan əsgər bir neçə itlə birlikdə kameraya daxil olaraq, yerdə uzanan fələstinliyə yumruq və təpiklərlə hücum etdi. Daha sonra onlar məhbusa silah və kəsici-deşici alətlərlə hücum etdi, ona o qədər bıçaq zərbələri endiriblər ki, onun ağciyəri deşildi, qabırğaları sındı və xəstəxanaya aparıldı.” Bu, The Independent-in vurğuladığı bir neçə işgəncə hekayəsindən biridir.
Bu ayın (mart) əvvəlində Birləşmiş Millətlər Təşkilatı sionist rejim qüvvələrini cinsi zorakılıqdan "müharibə üsulu" kimi istifadə etməkdə ittiham edib.
BMT-nin bununla bağlı hesabatında bildirilir: “Zorlama da daxil olmaqla, cinsi və cinsi əsaslı zorakılıq İsrailin yüksək səviyyəli mülki və hərbi rəhbərliyinin açıq əmrləri və ya səssiz təşviqi ilə törədilib.”
Sionist rejim BMT ilə əməkdaşlıqdan imtina edib və hesabat müəlliflərini qərəzli olmaqda ittiham edib.
“The İndependent” yazır ki, həbsxanada ölən məhbusların yarılmaları da şiddətli işgəncə və şiddətli təzyiqlərdən xəbər verir.
41 yaşlı fələstinli məhbus Mustafa H. sionist rejimin işgəncələrini belə izah edir: “Hərəkət etdiyin hər bir metrdə səni döyürdülər, təhqir edirdilər, itlərdən, gözyaşardıcı qazdan, elektrik şokundan istifadə edirdilər.”
Sionist rejim ordusunun o zamankı rəsmiləri, indiyə qədər 50 mindən çox insanı öldürdüyü, minlərlə fələstinlini yaraladığı və həbsxanalarda heç bir zorakılığı əsirgəmədiyi bir halda, bu rejim ordusunu "dünyanın ən əxlaqlı ordusu" adlandırmışdı.