Sionist media ABŞ rejiminin Yəmənə qalib gələ bilməyəcəyini etiraf edib.
Az.rasthaber.com xəbər verir ki, “Yadiot Aharonot” qəzetinin müxbiri Ronin Berqman sionist rejim telekanallarından biri olan Kanal 12-yə deyib: “Vaşinqton və Təl-Əviv Yəmənə qalib gələ bilmədi.
İsrail kəşfiyyat xidmətləri yəmənliləri məğlub edə bilməyib. Çox sadədir; Yəmənlilər yenilməzdirlər və bizə böyük ziyan vuracaqlar”.
Bu rejimin telekanalı ABŞ-ı Yəmənə qalib gələ bilmədiyi üçün tənqid edib və bu məqsədə çatmağın hərbi baxımdan çətin olduğunu etiraf edib.
Sionist rejimin Kan telekanalı da sionist rejimin Yəmənə hücumlarının şou və faydasız olduğunu və Yəmənin çəkindirici gücünü zəiflətməyəcəyini bildirib. Bu kanal Yəmənin hücumlarının sionist rejimin iqtisadiyyatını hədəf aldığını etiraf edib.