Hizbullahın yeni raket sistemi - M80 diqqət çəkdi - VİDEO

Hizbullahın yeni raket sistemi - M80 diqqət çəkdi - VİDEO

Livan Hizbullah Hərəkatı yerdən-yerə anti-piyada raketləri atan "M80" raket sisteminin görüntülərini yayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahı video yayımlayaraq ilk dəfə M80 raket sistemini işə saldığını açıqlayıb.

 Livan Hizbullahının yaydığı videoya görə, bu raket sistemi 3,3 kilometr uçuş məsafəsinə malikdir və onun raketləri yerdən yerə taktiki piyada əleyhinədir.

 Livan İslami Müqavimətinə bağlı Döyüş mediası da bu sistemin sionist rejimin “Rəs ən-Naqurə” dəniz bazasını hədəf almaqla işə salındığı anın videosunu dərc edib.

 Ötən həftə Livan Hizbullahı “Qadir 2” və “Nəsr 1” ballistik raketlərini nümayiş etdirmişdi.

Modernləşdirilmiş bu raket sistemi katyuşaya bənzəsə də "yerdən yerə" və digər yeni özəllikləri ilə dünya mediasında diqqət çəkib.

Xəbəri paylaş

VİDEOLAR