Britaniya İsrailli nazirlərə sanksiya tətbiq etmək ardıncadır

Britaniya İsrailli nazirlərə sanksiya tətbiq etmək ardıncadır

Sionist rejimin maliyyə naziri Bezalel Smotriç və daxili təhlükəsizlik naziri İtamar Ben Qvir son həyasızlıqlarından sonra Britaniyanın hədəfində!

 

 

Smotriç, son dərəcə həyasızlıqla bildirmişdi ki, Qəzzə xalqına qarşı aclıq siyasətindən istifadə etmək haqlı və əxlaq normalarına uyğun addımdır. İtamar Ben Qvir isə, fələstinlilərə qarşı zorakılıq edən sionist mühacirləri “Qəhrəman” kimi təsvir etmişdi.

Dünən Britaniya hökuməti sionist məskunlaşmaçıların fələstinlilərə qarşı zorakılıqlarının artması ilə əlaqədar işğal altındakı İordan çayının qərb sahilindəki üç forpost və israilli köçkünlərə məxsus dörd təşkilata qarşı yeni sanksiyalar elan edib. Starmer bu gün bildirib ki, İsrail bütün tədbirləri görməlidir ki, mülki əhalinin tələfatının qarşısı alınsın, və Qəzza əhalisinə yardımlar maneəsiz çatdırılsın.

Xəbəri paylaş

VİDEOLAR