Haaretz: İran İsrailin Elmi Tədqiqat Mərkəzini vurub

Haaretz: İran İsrailin Elmi Tədqiqat Mərkəzini vurub

Sionist rejim qəzetlərindən biri olan “Haaretz” İranın 12 günlük müharibəsinin İsrailin elmi və akademik mərkəzlərinə vurduğu ağır zərəri izah edən bir xəbər dərc edib və yazıb: “İlk dəfə həqiqətən də hədəfə alındıq”.

Az.rasthaber.com xəbər verir ki, Haaretz-in hesabatında bu ifadələr yer alıb: “Veyzman İnstitutu, Ben-Qurion, Tel-Əviv və Technion universitetləri kimi mühüm mərkəzlər birbaşa İranın hədəf siyahısında idi.

Weizmann-da 45 laboratoriya və 40 bina zədələnib. Bioloji materiallar, DNT nümunələri və onilliklər ərzində aparılan tədqiqatlar məhv edilib.

Ben-Qurion Universitetindəki 60 universitet binasından 30-u vuruldu. İsrail Hərbi Hava Qüvvələrinin son 20 ildə təlim keçmiş pilotlarının hamısı Ben-Qurion Universitetinin məzunlarıdır.

Təl-Əviv Universiteti də raket hücumlarından sağ çıxa bilməyib. Bəzi layihələr praktiki olaraq düzəldilməzdir.

Dəmir Günbəz, David's Sling və digər hava hücumundan müdafiə sistemləri bu universitetlərdə başlayan tədqiqatların bəhrəsidir.

Kəşfiyyat orqanlarının elmi-tədqiqat şöbələrində çalışan baş zabitlərin demək olar ki, hamısı bu universitetlərin məzunlarıdır.

Universitet tədqiqatlarının əsasını təşkil edən yüzlərlə əcnəbi doktorant və postdoktorant müharibə başlayanda İsraili tərk etdi.

Universitet araşdırmaları hazırda iflic vəziyyətindədir və insan resurslarının çatışmazlığı səbəbindən məqalələr dərc olunmur.”

Onu da qeyd edək ki, bu məlumat hücumlar, raketlərin yeri, infrastruktura və orduya dəymiş ziyan, hətta bütün sionistlər tərəfindən lentə alınan görüntü və videolarla bağlı xəbərlərin dərcinə rəsmi olaraq tam nəzarət edən İsrail Ordusunun Senzura İdarəsinin icazəsi ilə dərc edilib.

Bildirilənlər, ehtimal ki, həqiqətin yalnız kiçik bir hissəsidir və itkilərin çoxu, xüsusən də təhlükəsizlik və hərbi sahələr ictimaiyyətdən gizlədilməkdə davam edir.

Yayımlanan məlumatlar İsrail hərbi elminin strukturunu sarsıdan daha dərin böhranın yalnız ucu ola bilər.

Xəbəri paylaş

VİDEOLAR