İmam Əli (ə) Ziyarətgahının ərazisi 30 min kvadratmetr genişləndirilir – FOTOLAR

Nəcəfül Əşrəfdə İmam Əli (ə) Ziyarətgahında genişləndirmə işləri çərçivəsində Ummul-Bənin (s.ə) həyətyani ərazisi 30 min kvadratmetr ( 3 hektar) genişləndirilir.

Az.rasthaber.com xəbər verir ki, Layihə çərçivəsində ziyarətçilər üçün daha rahat şəraitin yaradılması, infrastrukturun təkmilləşdirilməsi və müqəddəs məkanın genişləndirilməsi nəzərdə tutulur. İmam Əli (ə) Ziyarətgahı rəhbərliyi genişləndirmə işlərinin sürətlə davam etdiyini və ziyarətçilərin ehtiyaclarına uyğun şəkildə həyata keçirildiyini bildirib.

Bu layihənin tamamlanması ilə ziyarətgahın ərazisi daha da böyüyəcək və İmam Əli (ə) zəvvarlarının ibadət və ziyarət etmələri üçün daha geniş imkanlar yaradılacaq.

Xəbəri paylaş

VİDEOLAR