Qəsb olunmuş Qüdsün 2020-ci il Tokio yay olimpiya oyunlarında sionist rejimə aid olan şəhər kimi qeydə alınmasına Fələstin heyətinin sədri etiraz edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Fələstinin Olimpiya heyətinin sədri Cəbrail Rəcub qəsb olunmuş Qüdsdən olan cüdoçu Vissam Əbu-Rəmilənin adının təşkilatçılar tərəfindən sionist rejim ölkəsinin təvəllüdlü idmançı kimi qeydə alınmasını pisləyib.
O bu hərəkəti qanunlar və gerçəkliklərin aşkar şəkildə pozulması adlandırıb.
Cəbrail Rəcub Fələstin muxtariyyətinin xarici işlər nazirliyi ilə koordinasiya yaradaraq, Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Baxa, həmçinin Asiya Olimpiya Şurası, ərəb olimpiya komitələri federasiyası və islami həmrəylik üzrə idman federasiyasının sədrlərinə bir etiraz məktubu göndərib.
Rəcub həmçinin deyib ki, əgər bu səhv dərhal düzəldilməsə Fələstin Olimpiya Komitəsi bu oyunlarda iştirakdan vaz keçdiyini elan edəcək və olimpiya nizamnaməsini pozanların və bu hadisə amillərinin cavabdehliyi üçün bütün lazımi tədbirləri görəcək.