Fars körfəzinin ərəb ölkələri tezliklə vahid turistik viza sistemini tətbiq edəcək.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budəyvi məlumat verib.
Qeyd edilib ki, bu sistem üzv ölkələrə – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn üçün şamil olunacaq.
Həmin vahid turist viza bir viza ilə 6 ölkəyə səfər imkanı verəcək.
Sistem barədə əlavə məlumat və onun konkret istifadəyə verilməsi tarixi elan edilməyib. Lakin bəzi mənbələrə əsasən, viza 30-90 gün müddətinə veriləcək, turistik və ailə səfərləri üçün olacaq.