Bəşər Əsəd hökumətinin süqutundan sonra faktiki Suriyada faktiki hakimiyyəti ələ keçirən “Həyat Təhrir əş-Şam” (HTŞ, “Nusra Cəbhəsi”) başçısı Əbu Məhəmməd əl-Colani (Əhməd əş-Şəraa) tezliklə iki xarici ölkəyə səfər edəcək.
Az.rasthaber.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, əş-Şəraa gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə gedəcək.
Xatırladaq ki, bu, Colaninin Türkiyəyə ikinci səfəri olacaq. O, həmçinin fevral ayında Səudiyyə Ərəbistanında da olmuşdu.