Əbu Ubeydə İslam ölkələrinin rəhbərlərinə mesaj göndərib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın hərbi qanadının sözçüsü deyib:
"Ey İslam və Ərəb xalqlarının liderləri, sizin susmağınızla qurban verilən on minlərlə günahsız insanın qanı sizin boynunuza ağır gələcək. Böyük, əzəmətli və qürurlu bir ümmət Qəzza zolağında ac və mühasirədə olan insanlara bir az yemək, su və dərman çatdırmağa acizdirmi?"