Ayətullah Xamenei: Cinayətkar İsrail rejimi Allahın lütfü və qüdrəti ilə Fələstindən təmizlənəcəkdir

Ayətullah Xamenei: Cinayətkar İsrail rejimi Allahın lütfü və qüdrəti ilə Fələstindən təmizlənəcəkdir

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei builki Fitr bayramı namazını qıldığı Tehranın Böyük Musalla məscidində nitq söyləyib.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei Fitr bayramı namazından sonra çıxış edib.

Ayətullah Xamenei çıxışının əvvəlində Fitr bayramı münasibətilə təbriklərini çatdırıb.

Ayətullah Xamenei həmçinin İran xalqının bu il ölkə daxilində keçirilən Beynəlxalq Qüds Günü mitinqlərində kütləvi iştirakını yüksək qiymətləndirib.

Ayətullah Xamenei sionist rejimin regionda davam edən vəhşi əməllərinə işarə edərək, İsrailin günahsız insanlara qarşı qan tökməsini müsəlmanlar üçün ağrılı hadisə kimi qiymətləndirib.

İran İslam İnqilabının Rəhbəri bildirib: Bu cinayətkar dəstə, sionist rejim Fələstindən təmizlənməlidir və Allahın lütfü və qüdrəti ilə təmizlənəcəkdir. 

Ayətullah Xamenei çıxışına davam edərək dedi: "Bu bölgədə yalnız bir vəkil qüvvə var, o da fəsad və işğalçı sionist rejimdir. Sionist rejim müstəmləkəçilərin adından ölkələrə hücum edir".

Ayətullah Xamenei düşmənlərin İrana zərər vurmaq istəsələr, mütləq güclü və qarşılıqlı zərbə alacaqlarını bildirərək, əlavə etdi: “Ölkə daxilində ixtilaf salmağa çalışsalar, (İran) milləti onlara (lazımi) cavabı şəxsən verəcək”.

Xəbəri paylaş

VİDEOLAR