Atəşkəsə məhəl qoymayan işğalçı sionist İsrail ordusu hava hücumları ilə Livanın müxtəlif bölgələrini hədəf alıb.
Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu Livanın şərqindəki Bekaa bölgəsindəki Baalbek şəhərinin bir neçə bölgəsinə 7 hava zərbəsi endirib.
İsrail döyüş təyyarələri ölkənin cənubunda Birital təpələrini, Ayşiyyə, Nasiriyyə, əl-Hüreybə və Zahle qəsəbələrini, Şəra bölgəsini, əl-Carmak ətrafını, əl-Mahmudiyya və əl-Xərdali bölgələrini bombalayıb.
Hücumlar nəticəsində tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.