ABŞ Yəməni həm bombalayır, həm də bayramını təbrik edir

ABŞ Yəməni həm bombalayır, həm də bayramını təbrik edir

Diplomatik xidmətin keçmiş sözçüsü bir tərəfdən Ramazan ayında Amerika döyüş təyyarələrinin Yəmən xalqını bombalamasına, digər tərəfdən ABŞ səfirliyinin Fitr bayramı təbrikinə işarə edərək, ABŞ hökumətinin bu yanaşmasını alçaqlıq və həyasızlıq kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, “Amerikalılar bir tərəfdən Yəmənə hücum edir, digər tərəfdən də Yəmən xalqına təbrik mesajları göndərirlər”- deyə, diplomatik qurumun keçmiş mətbuat katibi Nasir Kənani ABŞ hökumətinin Yəmən xalqına yanaşmasına reaksiyasında bildirib.

 

Bu günlərdə Amerika döyüş təyyarələri Yəmən xalqını bombardman edərkən, ABŞ-ın Yəməndəki səfirliyi Fitr bayramı münasibətilə Yəmən xalqını təbrik edib.

 

Nasir Kənani bu gün (bazar günü) martın 30-da bununla bağlı bildirib: “Alçaqlıq, namərdlik və həyasızlıq birləşdikdə! Onlar mübarək Ramazan ayında məzlum Yəmən xalqını bombalayıb, raket atəşinə tuturlar və Fitr bayramında onlara təbrik və rifah mesajları göndərirlər!”

 

Kənani, həyasızlığın da həddi olduğunu bildirərək, Amerikanı şər hökumət adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR