2024-cü il iyulun 31-də İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra Türkiyədə bir günlük milli matəm elan edilib.
Az.rasthaber.com xəbər verir ki, bu çərçivədə gecə yarısından etibarən ölkənin müxtəlif bölgələrində Türkiyə bayraqları yarıya endirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar bir günlük milli matəm elan edildiyini bildirib. Elan edilmiş milli matəmlə əlaqədar ölkənin müxtəlif bölgələrində Türkiyə bayraqları yarıya qədər endirilib. İstanbulun Anadolu yakasındakı Çamlıca təpəsindəki nəhəng türk bayrağı da milli matəm səbəbilə yarıya qədər endirilib.