Qatil Netanyahu zəhərləndi

Qatil Netanyahu zəhərləndi

Sionist rejimin baş naziri Benyamin Netanyahunun qidadan zəhərləndiyi bildirilir.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin baş nazirlik ofisi bazar günü bir bəyanat yayaraq, Netanyahunun qida zəhərlənməsinə məruz qaldığını, sağaldığını və qarşıdakı üç gün ərzində evdə dincəlməklə öz vəzifələrini yerinə yetirməyə davam edəcəyini bildirib.

Bildirilib ki, 75 yaşlı işğalçı Benyamin Netanyahu bir gecədə xəstələnib və ona bağırsaq iltihabı və dehidrasiya diaqnozu qoyulub, ona venadaxili maye qəbul edilib.

Ofisindən verilən açıqlamada, "Həkimlərinin göstərişlərinə uyğun olaraq, Baş nazir qarşıdakı üç gün evdə dincələcək və uzaqdan işləyəcək" deyilir.

Netanyahu 2023-cü ildə kardiostimulyator aldı və sidik yolu infeksiyası diaqnozu qoyulduqdan sonra keçən dekabrda prostatını çıxartdırdı.

Xəbəri paylaş

VİDEOLAR