Son zamanlar işğal olunmuş ərazilərdə aparılan sorğunun nəticələri göstərir ki, İsrail ictimaiyyətinin əksəriyyəti müharibənin dayandırılması və Həmasla hərtərəfli razılaşma əldə olunmasını istəyir.
Az.rasthaber.com xəbər verir ki, Qətərin Əl-Cəzirə telekanalının verdiyi məlumata əsasən, İsrailin 13-cü kanalı bildirib ki, israillilərin 71.6 faizi Həmasla bütün əsirlərin geri qaytarılmasını və müharibənin dayandırılmasını nəzərdə tutan hərtərəfli razılaşmanı dəstəkləyir. Bu nəticələr yeni keçirilmiş ictimai rəy sorğusuna əsaslanır.
Həmin kanala görə, israillilərin 60.8 faizi İsrail ordusunun cənubi Suriyada düruzilərin müdafiəsi məqsədilə hərbi müdaxiləsini dəstəkləyir.