İsrail mediası: ABŞ İsrailin Livandakı əməliyyatından xəbərdar idi

İsrail mediası: ABŞ İsrailin Livandakı əməliyyatından xəbərdar idi

Sionist rejimin "Walla" internet saytı yazıb ki, İsrailin müharibə naziri Yoav Qalant Livan vətəndaşlarına qarşı rabitə cihazları (peycer) vasitəsilə terror əməliyyatının başlamasına dəqiqələr qalmış bu əməliyyatla bağlı amerikalı həmkarına məlumat vermişdi.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin "Walla" xəbər saytı amerikalı rəsmiyə istinadən əlavə edib ki, İsrailin müharibə naziri Yoav Qallant Livanda peycer partlayışı əməliyyatı başlamazdan bir neçə dəqiqə əvvəl amerikalı həmkarına zəng edib və bu rejimin tezliklə Livanda əməliyyat keçirəcəyini bildirib. 

Eyni zamanda, bu xəbər saytı Amerika rəsmisinə istinadən iddia edib ki, Qallant amerikalı həmkarına əməliyyatın məqsədi və ya forması barədə dəqiq məlumat verməkdən imtina edib. 

“Walla” həmçinin bu yüksək rütbəli Amerika rəsmilərinə istinad edərək yazıb: “Bombalanmış peycerlərin vəziyyətinin Hizbullah tərəfindən aşkar ediləcəyindən ehtiyat edən İsrail rejimi onları partladıb.”

Xəbəri paylaş

VİDEOLAR