İran beynəlxalq ictimaiyyətə İsraillə bağlı müraciət edib

İran beynəlxalq ictimaiyyətə İsraillə bağlı müraciət edib

İran İslam Respublikasının Cenevrədəki səfiri və daimi nümayəndəsi insan haqları və humanitar hüquqların müdafiəsi ilə məşğul olan iki əsas qurum ilə yazışmalarında sionist rejimin Livan və Fələstindəki cinayətlərə görə məsuliyyətə cəlb edilməsi və bu rejimi bu təcavüzləri dayandırmağa məcbur etmək üçün təcili tədbirlər görməsini tələb edib.

Az.ratshaber.com xəbər verir ki, Əli Bəhreyni Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığına iki ayrı məktub göndərərək, sionist rejimin Livana son hücumlarını pisləməklə yanaşı, beynəlxalq ictimaiyyətdən İsrail rejiminin təcavüzləri və beynəlxalq cinayətlərinə dərhal reaksiya verilməsini və bu rejimin bu cinayətlərə görə məsuliyyətə cəlb edilməsini tələb edib.

İran səfiri bu iki məktubda sionist rejimin Beyrutda Livan Hizbullahının mərhum baş katibi Seyid Həsən Nəsrullah və onun silahdaşları, o cümlədən general Abbas Nilfuruşanın şəhadətinə səbəb olan hücumlarını qətiyyətlə pisləyib və onları insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulmasının bariz simvolu hesab edib.

İran səfiri daha sonra İsrailin bu hücumlarda ABŞ istehsalı olan silahlardan istifadə etməsinə işarə edərək, bu əməliyyatda xüsusi olaraq BLU-109 bombaları və JDAM bələdçi dəstlərindən istifadə edildiyini bildirib. O, xəbərdarlıq edib: Bu məqam qərblilərin, xüsusilə də ABŞ-ın İsrailin hərbi əməliyyatlarında bilavasitə şərikliyini və onun regionda insan haqlarının vəziyyətinə mənfi təsirini göstərir.

Xəbəri paylaş

VİDEOLAR