HTŞ terrorçularının lideri Colani və qatil Netanyahu razılaşıb

HTŞ terrorçularının lideri Colani və qatil Netanyahu razılaşıb

ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak Suriya ilə İsrail arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin baş naziri Netanyahu və terror təşkilatı HTŞ-nin lideri Əhməd əş-Şara Türkiyə, İordaniya və regionun digər qonşu dövlətlərinin təsdiqi ilə hərtərəfli atəşkəs sazişi imzalayıblar.

ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak sosial mediada razılaşmanı açıqlayıb:
"İsrailin baş naziri Netanyahu və Suriya prezidenti Əhməd əl-Şara Türkiyə, İordaniya və onların qonşuları tərəfindən dəstəklənən atəşkəs razılaşması əldə ediblər. Biz Druzi, Bədəvi və Sünniləri silahlarını yerə qoymağa və digər azlıqlarla birlikdə qonşuları ilə sülh və rifah içində yeni və vahid Suriya kimliyi qurmağa çağırırıq."

Xəbəri paylaş

VİDEOLAR