Hizbullahdan İsrailə raket yağışı

Hizbullahdan İsrailə raket yağışı

Livan Hizbullah Hərəkatı sionist İsrailin şimalındakı hərbi hədəflərə çoxlu raketlər ataraq hücuma keçdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada Kiryat Şmona və Qərbi Qaliley bölgələrindəki hərbi hədəflərə hücum edildiyi açıqlanıb.

Kiryat Şmonadakı 769-cu Briqadanın qərargahına Katyuşa raketi ilə hücum edildiyi bildirilərkən, Qərbi Qalileydəki Şlomi qəsəbəsində "əsgərlərin istifadə etdiyi binanın hədəf alındığı" qeyd edilib.

Sionist İsrail ordusundan verilən yazılı açıqlamada Livan sərhədindən atılan raket parçasının 5-nin Zarit bölgəsinə, 3-nün isə Har Dov bölgəsinə düşdüyü bildirilib.

Xəbəri paylaş

VİDEOLAR