Hizbullah sionist hərbçilərin toplaşdığı yeri darmadağın etdi

Hizbullah sionist hərbçilərin toplaşdığı yeri darmadağın etdi

Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə cavab hücumlarının davamında işğal olunmuş Fələstinin şimalında sionist hərbçilərin toplaşdığı yerləri hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, bu gün, cümə axşamı Livan Hizbullah Hərəkatı işğal olunmuş Fələstinin şimalında yerləşən "Şatula" qəsəbəsində sionist əsgərlərin yerləşdiyi binanı hədəfə alıb.

Hizbullah həmçinin Əl-Mənara qəsəbəsində sionist əsgərlərin yerləşdiyi binanı uyğun silahla hədəfə aldığını və bu silahın birbaşa hədəfi vurduğunu açıqlayıb.

Bu hərəkat əlavə edib ki, Əl-Mənara hücumu Qəzzəyə dəstək və sionist düşmənin, xüsusən də Kəfr Həmmama təcavüzünə cavab olaraq həyata keçirilib.

Sionist mediası həmçinin Şatulaya dörd raket atıldığını və bir raketin bir binaya dəydiyini bildirib.

Bu medianın məlumatına görə, zireh əleyhinə raket zərbəsi nəticəsində Əl-Manara qəsəbəsində də yanğın olub və yanğınsöndürmə qrupları yanğını söndürməyə çalışır.

Xəbəri paylaş

VİDEOLAR